"Səbail"in üzvü Maykl Essyenin aylıq məvacibi bəlli olub.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, qanalı futbolçu paytaxt təmsilçisində o qədər də yüksək maaş almır.
"Dənizçilər" yarımmüdafiəçiyə aylıq 12500 ABŞ dollar pul ödəyirlər. Bu, Premyer Liqanın aparıcı klublarında çıxış edən bir çox futbolçunun maaşından dəfələrlə az məbləğdir.
Essyenin bu pula razı olmasının da səbəbi bəllidir. Qanalı futbolçu fərqli ölkədə yaşamaq və məşqçilik peşəsinin sirlərinə yiyələnmək üçün "Səbail"dən bu məvacibi almağa razı olub.
Qeyd edək ki, klubun Essyenlə olan sazişində futbolçu kimi müqaviləsi başa çatdıqdan sonra "Səbail"in U-19 komandasının baş məşqçisi işləyə bilməsi də göstərilib.
Milli.Az