İdman

"Səbail"da çıxış etmiş futbolçu zəlzələyə görə hazırki klubunu tərk etdi

27 Dekabr 2019 00:45
0 Şərh     Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali makedoniyalı futbolçu Tom Kitanovski Albaniyada baş verən zəlzələdən sonra bu ölkə çempionatında forma geyindiyi klubu tərk etməyi qərara alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər Bakının "Səbail" klubunda da çıxış etmiş, hazırda "Kukes" klubunun şərəfini qoruyan futbolçu onda zəlzələ fobiyasının olması ilə əlaqədar belə qərara gəldiyini açıqlayıb.

Tom Kitanovski "Kukes" klubu ilə bu ilin yayında müqavilə imzalamışdı. İndiyədək bu komandada 13 oyun keçirən idmançı zəlzələdən sonra Makedoniyaya qayıtmışdı. Hamı onun qayıdacağını gözləsə də, futbolçu zəlzələdən çox qorxduğunu və geri dönməyəcəyini açıqlayıb. T.Kitanovski klubdan heç bir maddi təzminat almayacağını bildirərək müqaviləsinə xitam verilməsini xahiş edib.

Futbolçunun Şimali Makedoniyanın "Bitola" klubunda çıxış edəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.