"Kəpəz"in sabiq futbolçusu Şadon Vinçester ötən gün vəfat edib.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Trinidad və Tobaqo millisinin üzvü yol qəzasında həyatını itirib. 27 yaşlı vinger ölkəsinin Qasparilyo şəhərində qəzaya düşüb. Onun "Nissan X-trail" maşını işıq dirəyinə çırpılıb və yanmağa başlayıb. Futbolçu ilə yanaşı, maşındakı digər 3 şəxs də vəfat edib.
Şadon Vinçester 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"də oynamışdı. O, Azərbaycan klubunda 8 oyun keçirmış və qol vurmamışdı. Onun son klubu Finlandiyanın SJK komandası idi.
Milli.Az