İdman

Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

16 Dekabr 2019 10:07
1 Şərh     Baxış: 2 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşü atılacaq.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Püşk zamanı eyni qrupdan çıxan və eyni ölkəni təmsil edən komandalar bir-birilərinə rəqib olmayacaqlar. Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər.

Səpələnmişlər:

"Barselona" (İspaniya)

"Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya)

"Leypsiq" (Almaniya)

"Liverpul" (İngiltərə)

"Mançester Siti" (İngiltərə)

PSJ (Fransa)

"Valensiya" (İspaniya)

Səpələnməmişlər:

"Atalanta" (İtaliya)

"Atletiko" (İspaniya)

"Çelsi" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya)

"Lion" (Fransa)

"Napoli" (İtaliya)

"Real" (İspaniya)

Tottenhem" (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.