İdman

Levandovski Obameyanqa çatdı

21 Oktyabr 2019 11:58
0 Şərh     Baxış: 830

"Bayern" Almaniya Bundesliqasının 8-ci turunda "Auqsburq"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdar olub.

Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8-ci turda da fərqlənməyi bacarıb. O, bununla da Dortmund "Borussia"sının sabiq futbolçusu Pyer-Emerik Obameyanqın rekorduna şərik olub.

Levandovski növbəti turda da qol vursa, qabonlu hücumçunun rekordunu yeniləyəcək.

Qeyd edək ki, "Bayern" 9-cu tur çərçivəsində öz meydanında "Yunion Berlin"i qəbul edəcək. Oyun oktyabrın 26-da keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.