İdman

İstanbul derbisi Bakıda - "Qalatasaray" - Fənərbağça" matçı "ASK Arena"da

23 Sentyabr 2019 17:49
0 Şərh     Baxış: 2 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 28-də keçiriləcək "Qalatasaray" - "Fənərbağça" derbisi "ASK Arena"da böyük monitorda nümayiş olunacaq. 

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, biletlərin qiyməti 5 manatdır. Oyunu yalnız bir tərəfdəki tribunadan izləmək mümkün olacaq. "Ultra Aslan Azərbaycan" azarkeş qrupu rəqib komandanın azarkeşlərinin stadiona gəlməməsi ilə bağlı xəbərdarlıq edib.

Satışa çıxarılan 1905 biletdən yalnız 100-ü qalıb. Maraqlıdır ki, Azərbaycan çempionatının əksər oyunlarına bilet satılmasa belə tribunalara heç 1000 azarkeş gəlmir.

Qeyd edək ki, "ASK Arena"da "Keşlə" ev oyunlarını keçirirdi. Amma stadion Azərbaycan Sənaye Korporasiyasının balansındadır. "Keşlə" orada məskunlaşıb, ev oyunlarını keçirməyə görə ASK-yə müəyyən məbləğ ödəyirdi. Yaxın vaxtlarda "ASK Arena"da təmir işləri aparılacaq. Bu səbəbdən də "Keşlə" oyunlarını ya "Dalğa", ya "Bakcel", ya da "ASKO Arena"da keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.