ABŞ Səfirliyi təhsil sərgisi keçirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Azərbaycandakı Səfirliyi təhsil sərgisi keçirəcək.
Bu barədə Səfirlik məlumat yayıb.
"ABŞ-nin Azərbaycandakı Səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almaqda maraqlı olan orta məktəb və universitet tələbələri, həmçinin onların valideynləri üçün EducationUSA Məzun Sərgisini unikal fürsət kimi elan etməkdən məmnundur.
Bu ictimai tədbirdə Azərbaycan məzunları və Səfirlik nümayəndələri tərəfindən təmsil olunan 30-dan çox məzun stendi olacaq və burada ABŞ səfirliyinin mübadilə proqramları ilə yanaşı, Amerika universitetləri və elmdən incəsənətə, biznesə və ictimai siyasətə kimi akademik sahələr nümayiş etdiriləcək.
Sərgi tələbələrə və valideynlərə ABŞ-də təhsil, o cümlədən bakalavr, magistratura və mübadilə proqramları haqqında birbaşa məlumat almaq üçün dəyərli fürsət təqdim edir. Səfirliyin konsulluq işçiləri də tələbə vizaları ilə bağlı məlumatları bölüşmək üçün iştirak edəcəklər. Müvəqqəti işlər vəkili Hüqo Qevara açılış nitqi ilə çıxış edəcək", - səfirlikdən bildirilib.
Qeyd edilib ki, sərgi 17 may şənbə günü saat 11:00-dan 14:00-a Landmark-ın Rotunda zalında baş tutacaq.
Əlavə edilib ki, son illər ABŞ-də təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb:
"2023-2024-cü tədris ili ərzində ABŞ-nin ali təhsil müəssisələrində 1,130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur.
Səfirliyin ingilis dili və təhsil mübadilə proqramlarında çoxlu azərbaycanlı tələbələr iştirak edir. 1993-cü ildən bəri ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 50-dən çox mübadilə proqramında 8,000-dən çox azərbaycanlı iştirak edib.
Tələbələr ABŞ universitetlərinə qəbul və maliyyə yardımı ilə bağlı valideynlərə və tələbələrə məsləhət verən EducationUSA məsləhətçiləri ilə ödənişsiz, fərdi məsləhətləşmələr apara bilərlər. Əlavə məlumat və EducationUSA Məzun Sərgisi üçün qeydiyyatdan keçmək üçün, Alumni Fair 2025 I EducationUSA Azerbaijan səhifəsinə daxil ola bilərsiz və ya [email protected] emaili ilə əlaqə saxlaya bilərsiniz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayevə TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)





