Şou-biznes

Tanınmış aktyor müharibədə həlak oldu - FOTO

15 May 2025 10:44
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, ukraynalı aktyor və teleaparıcı Maksim Nelipa mayın 12-də öldürülüb, dostları və ailəsi mayın 14-də biliblər.

Nelipa 2022-ci ilin martında Silahlı Qüvvələr sırasına daxil olub.

Nelipanın digər dostları və həmkarları sosial şəbəkədə xatirələrini paylaşıblar.

"Bizim həmkarımız, teleaparıcı Maks Nelipa döyüş zamanı həlak olub", - jurnalist Yelena Filonova yazıb.

"İnana bilmirəm, ağır itkidir. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Maks, sənin təbəssümün həmişə yaddaşımızda qalacaq".

Qeyd edək ki, Nelipa məşhur televiziya proqramlarında, o cümlədən "Dizel şousu" komediyasında aparıcılıq edirdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.