İdman

Mourinyo: "Liverpul" və PSJ-yə uduzsaq, yaxşı olar"

24 Yanvar 2015 17:57
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Çempionluq uğrunda mübarizədə "Bredford"a, "Liverpul"a və PSJ-yə məğlubiyyət yaxşı olardı. Belədə biz yalnız Premyer Liqada çempionluq uğrunda mübarizə apararıq. Bu, ideal ola bilər, ancaq bizim üçün deyil".

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo İngiltərə Federasiya kubokunda bu axşam qarşılaşacaqları "Bredford"la oyunöncəsi deyib.

"Mirror"a danışan portuqaliyalı mütəxəssis komandasının bütün turnirlərdə maksimum nəticə üçün oynayacağını bildirib:

"Çelsi" bütün turnirlərdə maksimum irəliləmək üçün oynayacaq. Hər hansı bir turnirdə mübarizəni dayandırdıqda, baş məşqçilər adətən artıq növbəti turnirlər haqda düşündüklərini deyirlər. Lakin "Bredford"a uduzsaq, mən belə deməyəcəm. Çünki bu, bizim üçün utancverici olacaq. Bu turnirdə qələbə qazanmaq istəmədiyimizi söyləsəm, azarkeşlər və oyunçuların üzünə necə baxaram? Ona görə bu axşam yalnız qələbə üçün meydana çıxacağıq".
 

Qeyd edək ki, "Çelsi" İngiltərə Federasiya kubokunun 1/16 finalında bu axşam öz meydanında "Bredford"la qarşılaşacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.