İdman

"İki kubokdan birini qazanmalıyıq"

24 Yanvar 2015 10:09
0 Şərh     Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Təlim-məşq toplanışını çox yaxşı başa vurduq. Komandamızda yeni gənc oyunçular da oldu ki, özlərini yaxşı tərəfdən göstərə bildilər".

Milli.Az xəbər verir ki, bu sözləri qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov "Petrolul"la yoxlama oyunundan (1:0) sonra deyib.

O, Antalya hazırlığının yüksək səviyyədə keçdiyini qeyd edib: "Əsas sevindirici hallardan biri odur ki, zədəli futbolçularımız çox olmadı. Ümumi götürəndə hər şey yaxşı alındı. Bunun davamını çempionatda gətirmək istəyirik".

M.Seyidov çempionluğa iddialı olduqlarını bildirib: "Hazırda əsas məqsədim komandamın uğurlarıdır. Millimizdə də çıxış etmək istəyirəm. Kim istəməz ki, milli komandada oynasın. "Neftçi"də yaxşı oynayıb özümü göstərməliyəm ki, milli komandaya da hazır olum. Komanda olaraq qarşımıza qoyulan əsas vəzifə "Qarabağ"la aramızdakı xal fərqini aradan qaldırıb çempion olmaqdır. Kubokda da yolumuza davam edirik. İki kubokdan birini götürməliyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.