İdman

Hacı İbrahim 1,5 milyonluq futbolçu aldı

29 May 2014 16:42
0 Şərh     Baxış: 1 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İş adamı, "İbrahim Nehrəmli" kimi tanınan "Avesta" konserninin prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı hacı İbrahim İbrahimov sahibi olduğu "Khazar İslands" ("Xəzər adaları") futzal klubuna Braziliya və İspaniyadan ümumilikdə 12 futbolçu alıb.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, futbolçulara 1,5 milyon manat sərf etdiyini vurğulayan hacı İbrahim yayda komandanın yeni heyətində sözügedən futbolçuların yer alacağını söyləyib:
 
"Çalışacam ki, Azərbaycanda futzal komandaları arasında "Khazar İslands" klubu ən öndə gedəni olsun. Bunun üçün əlimdən gələni edəcəm. Komandanın inkişafı üçün hər şey edəcəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.