İdman

"Real"dan darmadağın - (Video)

30 Avqust 2026 22:08
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniya çempionatının üçüncü turunun oyununda Madrid "Real"ı doğma meydanda "Malaqa"nı 4:0 hesabı ilə məğlub edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Kral klubu" ilk hissədə üç qol vurub.

Qarşılaşmada hesabı Cud Bellinqem açıb. Ardınca "Malaqa"nın futbolçusu Alfonso Errero topu öz qapısına göndərib. "Real"ın üçüncü qolunu isə Kilian Mbappe vurub.

İkinci hissədə hər iki komandanın qol imkanları olsa da, hesab yalnız əlavə olunmuş vaxtda dəyişib. Arda Güler qarşılaşmanın sonuncu qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

"Real" La Liqada ilk üç turdan sonra maksimum - doqquz xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Malaqa"nın isə aktivində cəmi bir xal var.

İspaniya çempionatının növbəti turunda "Real" səfərdə "Betis"lə qarşılaşacaq. "Malaqa" isə "Levante" ilə üz-üzə gələcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.