Türkiyə

Şimali Kipr sahillərində gəmi fəlakətindən əvvəl çəkilən son kadrlar - (Video)

30 Avqust 2026 20:35
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şimali Kipr sahillərində baş verən fəlakətdən qısa müddət əvvəl "Filo Jet" sərnişin gəmisinin göyərtəsində çəkilən son kadrlar üzə çıxıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, video gəmi su yığmağa başladıqdan sonra sərnişinlərdən biri tərəfindən qeydə alınıb. Kadrlarda bərənin güclü şəkildə birtərəfli əyildiyi, göyərtədəki insanların isə ayaq üstə durmağa çalışaraq təxliyəyə hazırlaşdığı görünür.

Türkiyənin Taşucu limanına istiqamət alan gəmi limandan çıxdıqdan qısa müddət sonra su yığmağa başlayıb və bundan sonra aşaraq tərsinə çevrilib.

Son məlumatlara görə, 237 nəfər xilas edilib, 7 nəfər həyatını itirib, digər 23 nəfərin isə axtarışları davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.