Hava

Hava kəskin dəyişir: leysan olacaq - bu tarixdə

30 Avqust 2026 19:53
Baxış: 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.