BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə dolu düşəcəyi proqnozlaşdırılır.
Milli.Az xəbər verir ki, bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi leysan yağışlarının yol hərəkəti üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq sürücüləri xüsusilə diqqətli olmağa çağırır.
İntensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi, ayrı-ayrı ərazilərdə su yığılması və nəqliyyat vasitəsinin idarəetmədən çıxması riskinin artması nəzərə alınmalıdır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.
Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər.
Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Hava kəskin dəyişir: leysan olacaq - bu tarixdə
-
“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq - (Foto)
-
Bakıda gəlinlə bəy toylarına motosikletlə gəldi - (Video)
-
Cem Yılmaz xəstəxanadan paylaşım etdi - (Foto)
-
Gədəbəydəki qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib
-
“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi - (Foto)
XƏBƏR LENTİ
-
Hava kəskin dəyişir: leysan olacaq - bu tarixdə
-
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
-
“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq - (Foto)
-
Bakıda gəlinlə bəy toylarına motosikletlə gəldi - (Video)
-
Cem Yılmaz xəstəxanadan paylaşım etdi - (Foto)
-
Sofyan Amrabat "Fənərbağça"dan getdi
-
Gədəbəydəki qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib
-
Şimali Kiprdə 279 sərnişinin olduğu gəmi batıb: Ölənlər var - Yenilənib
-
“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi - (Foto)
-
Emiliano Martines "Çelsi"də
-
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
-
İslandiya Avropa Birliyindən imtina etdi
-
OpenAI ilə İlon Mask arasında yeni qarşıdurma
-
“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti
-
“Əsrin oğurluğu”: Kraliçanın 673 brilyantlı boyunbağısı yoxa çıxdı - (Foto)
-
Messi bir matçda 4 qol vurdu - (Video)
-
Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı - (Foto-Video)
-
Sabah Bakının bu əraziləri qazsız qalacaq
-
Burak Özçivit bacısının toyuna getmədi - (Foto)
-
Cengiz Saylık işlədiyi xəstəxanadan 750 min manatlıq dərman oğurlayıb satdı
-
Türkiyəli səyyaha 5 inək qarşılığında 4-cü arvadı olmasını təklif etdi - (Foto)
-
"Real" İspaniya millisinin oyunçusunu alır
-
Uzaqdakı sevgililər üçün yeni texnologiya: Öpüşü hiss etdirən 150 dollarlıq cihaz - (Video)
-
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - (Video)





