Ölkə

Bakıda gəlinlə bəy toylarına motosikletlə gəldi - (Video)

30 Avqust 2026 19:31
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda keçirilən toy mərasimi qeyri-adi görüntülərlə yadda qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı Osman Məlikli və 28 yaşlı Fatma Məlikli cütlüyü öz toylarına avtomobil əvəzinə motosikletlə gəliblər.

Onlar Babək prospektində yerləşən şadlıq saraylarından birində təşkil olunan məclisə dostlarının motosikletli kortejinin müşayiəti ilə daxil olublar. Cütlüyün bu fərqli seçimi qonaqların böyük marağına səbəb olub.

Toy iştirakçıları həmin anları lentə alaraq sosial şəbəkələrdə paylaşıblar. Beləliklə, gənclər öz özəl günlərini həm fərqli, həm də unudulmaz şəkildə yaddaqalan ediblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.