Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.
Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?
Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, vətəndaşların "orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib" deməsi tamamilə əsaslı iraddır:
"Çünki "orta aylıq əməkhaqqı" ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub".
İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:
"Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.
Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın".
İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:
"Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





