Putin yeni “Volqa”nı ilk dəfə sürdü - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sovet dövrünün ən prestijli avtomobillərindən sayılan "Volqa" yeni formada yollara qayıdıb. Rusiya Prezidenti Vladimir Putin Nijni Novqorodda yeni VOLGA K50-nin sükanı arxasına keçərək avtomobili şəxsən sınaqdan keçirib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Putin Nijni Novqorod avtomobil klasterində istehsal sahəsini gəzərkən yeni VOLGA K50-ni idarə edib.
Rusiya prezidenti şirkət nümayəndəsinin müşayiəti ilə avtomobillə bir sexdən digərinə gedib. Sınaqdan sonra Putin avtomobilin yumşaq hərəkət etdiyini, salonun sakit olduğunu və idarəetmənin çox rahat olduğunu bildirib.
Putinə yeni VOLGA ailəsinin digər avtomobilləri də nümayiş etdirilib. O, K50 ilə yanaşı C50 biznes-sedanına baxıb, avtomobillərdən birinin üzərində avtoqraf qoyub. Zavod nümayəndəsi həmin avtomobilin bundan sonra muzeyə göndərilməli olacağını deyib.
Yeni VOLGA K50 markanın flaqman krossoveridir. Avtomobil 238 at gücünə malik 2 litrlik turbomühərrik, 8 pilləli avtomatik sürətlər qutusu və tam ötürücü sistemlə təchiz edilib. K50-nin uzunluğu 4,77 metr, təkər bazası isə 2,845 metrdir.
Yeni "Volqa"ların seriyalı istehsalına 2026-cı ilin aprelində başlanılıb, satışlar isə iyunda start götürüb. Modellər Nijni Novqorodda vaxtilə Volkswagen və Škoda avtomobillərinin istehsal edildiyi müəssisənin güclərindən istifadə edilməklə buraxılır. Zavodun illik istehsal gücü 110 min avtomobildir.
"Volqa" adının isə 70 illik tarixi var. İlk QAZ-21 "Volqa" 1956-cı ildə Qorki Avtomobil Zavodunda istehsala buraxılmışdı. Sonrakı onilliklərdə QAZ-24 və onun davamçıları SSRİ-nin ən tanınmış avtomobillərindən birinə çevrildi.
Sovet dövründə "Volqa" sadəcə nəqliyyat vasitəsi deyil, həm də status rəmzi sayılırdı. Adi vətəndaş üçün bu avtomobili əldə etmək son dərəcə çətin idi. Avtomobillər məhdud sayda satışa çıxarılır, müəssisələr üzrə növbələr və bölgü sistemi tətbiq edilirdi. Buna görə kifayət qədər pulun olması belə "Volqa" almağa zəmanət vermirdi. Dövlət və partiya strukturlarının rəhbərləri, yüksək vəzifəli şəxslər, tanınmış elm və mədəniyyət xadimləri arasında "Volqa" xüsusi nüfuza malik idi.
Zamanında, SSRİ-də sahibinə xüsusi status qazandıran "Volqa" 70 il sonra tamamilə fərqli texnologiya və görünüşlə yenidən istehsala qayıdıb. Yeni dövrün K50 modelini sükan arxasında sınaqdan keçirənlərdən biri isə Vladimir Putin olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı
-
Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”





