Ölkə

Məcburi evliliyə etiraz edən 17 yaşlı qız sığınacağa qaçdı

30 Avqust 2026 22:47
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinin qarşısı alınıb. 

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. 

Birlik sədrinin sözlərinə görə, azyaşlı qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıbmış. Valideynləri cehiz almaq üçün "Sədərək" Ticarət Mərkəzinə getdiyi zaman 17 yaşlı qız taksiyə minərək sığınacağa gəlib: 

"17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq. Qızın dədə-nənəsi cehiz almağa gedib Sədərəyə, qız da oturub taksiyə ki, "pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər". O da gətirib... İçəri girəndə nə etdiyini demək istəmirəm..."

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.