Dünya

Nikolas Maduronun həbsxanadan ilk (Fotoları)

30 Avqust 2026 21:27
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro "X" sosial şəbəkəsində "Kiçik bir sevgi və ümid hədiyyəsi" sözlərini yazaraq Nyu-Yorkdakı həbsxanada çəkilmiş ilk fotolarını yayımlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən ilin yanvarında həmin vaxt Venesuelanın prezidenti olan Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə ABŞ ordusu tərəfindən həbs edilərək ölkəsindən çıxarılmışdı. Bu, "Mütləq Qətiyyət" adlı əməliyyat çərçivəsində həyata keçirilmişdi.

Maduro səkkiz ay sonra dəmir barmaqlıqlar arxasındakı gündəlik həyatını ilk dəfə ictimaiyyətə göstərib. Nyu-Yorkun Bruklin rayonundakı "Metropolitan Detention Center"də çəkildiyi ehtimal olunan fotolarda Maduro arıqlamış, lakin gülümsəyən halda, boz rəngli idman geyimində və hər iki əli ilə qələbə mənasını bildirən "V" işarəsini göstərir.

"İstəyirəm biləsiniz ki, biz möhkəm dayanmışıq, qəlbimiz sizin sevginizlə doludur. Bu sevgi bizə dualar, davamlı səylər, həmrəylik və həqiqi dəstək şəklində çatır. Hər bir sözə, hər bir jestə, hər bir xeyir-duaya görə sonsuz təşəkkür edirəm", - Nikolas Maduro ailəsinə, xüsusilə də "bütün nəvələrinə, uşaqlara və onu sevən bütün səxavətli insanlara" ünvanladığı mesajında yazıb.

Nikolas Maduronun yaxın ətrafına istinad edən İspaniyanın El País qəzetinin məlumatına görə, fotolar iyunun 25-də, Atalar Günü münasibətilə çəkilib. Bu tarix Venesuelada 6500-dən çox insanın həlak olduğu və minlərlə insanın itkin düşdüyü dağıdıcı zəlzələdən cəmi bir gün sonraya da təsadüf edir.

El Paísin məlumatına görə, Nikolas Maduro Karakasla müntəzəm əlaqə saxlayır. Keçmiş prezident hər gün Venesuelanın paytaxtına telefonla zəng edir. Onun ay ərzində xarici aləmlə təxminən 300 dəqiqə telefon danışığı aparmaq imkanı var. Lakin hər bir zəng 15 dəqiqədən çox davam edə bilməz.

İyulun sonunda Nyu-Yorkdakı federal məhkəmə Maduro və həyat yoldaşına qarşı ABŞ-də açılmış məhkəmə prosesinin 2027-ci il iyunun 1-də başlayacağını açıqlayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.