Dambrauskas: "Heç kimdən çəkinmirik" - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas AzTV-yə müsahibə verib.
Milli.Az xəbər verir ki, litvalı mütəxəssis komandasının tarixi uğurundan, qarşıdakı hədəflərdən və azarkeş dəstəyindən danışıb.
"Biz qrup mərhələsinə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Biz bunu çox istəyirdik. Yəqin ki, bu, hər bir oyunçunun, hər bir məşqçinin böyük arzusu, böyük istəyidir. Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Amma necə mübarizə aparacağımızı bilmək üçün həll yollarını tapmalıyıq", - deyə baş məşqçi bildirib.
V.Dambrauskas azarkeşlərin dəstəyinin komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Əlbəttə, çox xoşbəxt olardım ki, bütün azarkeşlərimiz, bizi dəstəkləyən hər kəs tribunalarda yerini alsın. Necə ki, "Hapoel"lə oyunda möhtəşəm atmosfer yaratmışdılar. Demək olar ki, onların dəstəyi sayəsində biz özümüzdə güc tapdıq və qalib gəldik. Ümid edirəm ki, azarkeşlər bizi sadəcə Çempionlar Liqasında deyil, daxili çempionatda da dəstəkləyəcəklər. Çünki onların köməyi ilə biz daha böyük nəticələr əldə edə bilərik".
Baş məşqçi yeni mövsümdə komandanın Çempionlar Liqası, Azərbaycan çempionatı və ölkə kuboku olmaqla üç cəbhədə mübarizə aparacağı bir vaxtda yeni transferlərin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala da cavab verib:
"Mən bu suala dəfələrlə cavab vermişəm. Onu da qeyd edim ki, müəyyən limit var: Çempionlar Liqası üçün sifariş ərizəsinə sadəcə 17 əcnəbi oyunçu daxil edə bilərsən. Sonra dəyişikliklər etmək mümkün olmur. Düşünürəm ki, ən azı qışa qədər biz üç cəbhədə - Azərbaycan çempionatında, ölkə kubokunda və Çempionlar Liqasında bu heyətlə mübarizə aparacağıq".
Valdas Dambrauskas "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən çəkinmədiyini də xüsusi vurğulayıb:
"Biz heç kimdən çəkinmirik. Əlbəttə, nəticələrin necə olmasından asılı olmayaraq, ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Unutmamalıyıq ki, bizi buralara nə gətirib: çox çalışmaq, hər gün məşqlərdə göstərdiyimiz yüksək performans. Çalışacağıq ki, yenə yüksək performans göstərib yaxşı nəticələr əldə edək".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
-
Siyəzəndə iki azyaşlı su kanalına düşüb - Yenilənib
-
Cem Yiğit Üzümoğlu yeni obrazı üçün 19 kiloqram arıqladı - (Foto)
-
Bakıda stilist doğuşdan sonra vəfat etdi
-
Oqtay Məmmədov vəfat etdi
-
“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini uduzdu
-
Azərbaycanlı musiqiçilər Pakistanda keçirilən III Dünya Mədəniyyət Festivalında uğurla iştirak ediblər - (Foto)
-
Nagihan Karadere yeni estetik əməliyyatla başqa biri oldu - (Foto)
-
"Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
-
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
-
BLOK3 7,8 milyonluq avtomobil aldı
-
PSJ-də ciddi itki
-
Fədayə Rusiyadan köçür
-
Rusiyada 6,2 ballıq zəlzələ oldu
-
Jorje Jezuş Ronaldonun son matçında olmayacaq
-
78 yaşlı Fuat Güner sevgilisi ilə
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
Sneyder mükafatlarını satır
-
Moskva Paşinyana iki şərt irəli sürəcək
-
Türkiyə bu ölkədə PUA mərkəzi açacaq
-
Mahsun Kırmızıgül: “Elə övlada heç bir miras qoymaram”





