"Sabah"ın baş məşqçisi: İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus"la qarşılaşacaq.
Milli.Az xəbər verir ki, matçdan öncə "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Onun sözlərinə görə, Danimarkadakı matçda qeydə alınan nəticə sabah hər iki komanda üçün həyəcan verəcək: "Bir top aradan qaldırılmayacaq fərq deyil. İki komanda da sabahkı oyuna çox ciddi yanaşacaq. Azarkeşlərimizin qarşısında oynayacağıq, onların dəstəyini hiss edəcəyik. İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq. Heyətdə olan hamı oyuna hazırdır. Mərhələni adlamaq üçün sabah hamımız əlimizdən gələnin ən yaxşısını edəcəyik".
- İlk matçda uzaqdan zərbə ilə iki qol vuran Bogereyə qarşı xüsusi planınız var?
- Rəqib bir oyunçudan ibarət deyil. Onların çox yaxşı futbolçuları var. Avrokuboklarda təcrübəmiz azdır. Səfərdə çox yaxşı çıxış etdik. Rəqibin çılğın azarkeşləri möhtəşəm atmosfer yaratmışdı. Danimarkada nəticə bizim üçün daha yaxşı ola bilərdi. Rəqib çox qol fürsəti yaratmasa da, əlinə düşən fürsətləri dəyərləndirməyi bacarır. Əlbəttə ki, Bogereyə nəzarət edəcəyik. Bizim də çox keyfiyyətli komandamız var. İlk matçda etdiyimiz səhvləri düzəltməliyik. Rəqib də oyununu təhlil edib səhvlərini düzəldəcək. Xırda detallları kim yaxşı icra etsə, o da qalib gələcək. Biz ev komandasıyıq. Oyuna yaxşı köklənsək, qalib gələ bilərik.
- Sabah əsas üstünlüyünüzün hava şəraiti olacağını demək olar?
- Hava şəraiti barədə çox danışılır. Düşünürəm ki, bu şişirdilmiş faktordur. Rəqib peşəkar komandadır. Havanın önəmli faktor olmadığını qeyd etmək istəyirəm. Güclü külək hər iki komandaya təsir edə bilər. Yəqin ki, sabah belə hava olmayacaq.
- Komanda hesabı açsa da, sonradan üstünlüyü qoruya bilmir. Bu problemi necə həll etməyi düşünürsüz?
- Hücum xəttində fərqli nəsə hazırlamamışıq. Məni sevindirən məqam odur ki, kifayət qədər qol epizodları yarada bilirik. Məyusluq doğuran məqam imkanların olmaması olardı. Futbolda bəzən top qapıdan keçmir. İnanıram ki, azarkeşlərimizin dəstəyi və yaradacağımız atmosferlə sabah həmin epizodları qola çevirərək mərhələni adlayan tərəf olacağıq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Sabah"ın çempion olması məndə suallar yaratmışdı - Poulsen
-
"Sabah"ın baş məşqçisi: İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq
-
"Qalatasaray" hücum xəttini gücləndirir: İki ulduz hədəfdə - (Foto)
-
Mourinyonun "Real"da sərt qaydaları
-
“Araz-Naxçıvan” “Neftçi”nin futbolçusunu heyətinə qatdı
-
“Əl-Nəsr”dən daha bir portuqaliyalı transferi
XƏBƏR LENTİ
-
Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - (Video)
-
Xamenei ordu və SEPAH-a yeni komandanlar təyin edib
-
"Sabah"ın çempion olması məndə suallar yaratmışdı - Poulsen
-
"Sabah"ın baş məşqçisi: İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq
-
Kolumbiyada 7.4 ballıq zəlzələ - ölənlərin sayı 30-u ötüb - Yenilənib - (Foto/Video)
-
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
-
"Qalatasaray" hücum xəttini gücləndirir: İki ulduz hədəfdə - (Foto)
-
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik"
-
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
-
Müəllimlərin diqqətinə: MİQ-də vakansiya seçimi başlayır
-
Bakının bu ərazisində sakinlər üçün həyat çətinləşib - Yol, su və işıq problemi
-
Tanınmış azərbaycanlı bloqerlə xanımı yenidən qəzaya düşdü - (Video)
-
“Xbet” və “MostBet”lə bağlı əməliyyat: Saxlanılanlar var -
-
Azərbaycana geomaqnit qasırğası gəlir - Tarixlər açıqlandı
-
Bakıda 9 avtobusun marşrutu dəyişdirildi - Səbəb
-
Pakistan İrandan iki mühüm şəxsi İslamabada çağırdı
-
Qubada 6 kəndi birləşdirən yol bağlandı
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Azər Axşamın ölüm xəbəri yayıldı - (Video)
-
Xətaidə liftlər niyə işləmir?
-
57 yaşlı azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
-
Lökbatanda dənizdə 2 qadın boğularaq öldü
-
Velosipedçinin həyatını təhlükəyə atan avtobus sürücüsü - (Video)





