Cəmiyyət

Müəllimlərin diqqətinə: MİQ-də vakansiya seçimi başlayır

10 Avqust 2026 17:52
Baxış: 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə müddətsiz müqavilə ilə ümumi vakansiyaların seçimi mərhələsinə başlanılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, namizədlər elektron ərizə formasında ən çoxu 8 vakant yer seçə bilərlər. Yerləşdirmə namizədin seçdiyi vakansiyaların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.

Qeyd olunub ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin vəzifədən imtina edərsə, MİQ müsabiqəsinin növbəti vakansiya seçimi mərhələlərində iştirak edə bilməyəcək.

Ümumi vakansiya seçimi mərhələsi avqustun 15-i saat 15:00-dək davam edəcək.

Xatırladaq ki, avqustun 8-dən başlayan və faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-da başa çatıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.