Mourinyonun "Real"da sərt qaydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real"ın yeni baş məşqçisi Joze Mourinyo Madrid klubuna qayıtdıqdan sonra komanda daxilində nizam-intizamı gücləndirmək üçün bir sıra yeniliklərə start verib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis əsas diqqəti futbolçuların qidalanmasına, zədələrdən sonra bərpa prosesinə və daxili qaydalara əməl olunmasına yönəldib.
Yeni qaydalara əsasən, klubun dietoloqu bundan sonra futbolçuların səhər yeməyi və qəlyanaltılarının menyusunu müəyyənləşdirəcək. Əvvəllər oyunçular bu məsələdə daha sərbəst qərar verə bilirdilər. Bundan başqa, Joze Mourinyo futbolçular və məşqçilər üçün birlikdə nahar etmə qaydasını tətbiq edib. Bu addımın komanda daxilində ünsiyyəti və birlik hissini artıracağı gözlənilir.
Məşqçi zədələnən futbolçuların bərpası məsələsində də sərt nəzarət tətbiq edib. Artıq oyunçuların klubdan kənarda müalicə və reabilitasiya keçməsinə icazə verilməyəcək. Futbolçular bütün lazımi prosedurları gündə iki dəfə - səhər və axşam "Real"ın məşq bazasında keçməli olacaqlar.
İntizam qaydalarında gecikmələrlə bağlı da dəyişiklik edilib. Futbolçular məşqdən ən azı bir saat əvvəl bazaya gəlməlidirlər. Müəyyən olunmuş vaxta əməl etməyən oyunçular isə əvvəlki kimi pul cəriməsi ilə deyil, əlavə fərdi məşqlə cəzalandırılacaqlar.
Joze Mourinyonun bu addımları "Real"da daha ciddi və nəzarətli iş rejimi formalaşdırmaq istədiyini göstərir. Portuqaliyalı çalışdırıcının məşqçilik karyerası ərzində intizamı komanda idarəçiliyinin əsas prinsiplərindən biri kimi önə çıxardığı məlumdur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
Türkiyədə zəlzələ oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Hava şəraitinə görə bu oyun təxirə salındı
-
ABŞ helikopterləri Hörmüz boğazında göründü - (Video)
-
İzmirdə fabrikdə partlayış - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Bakıda güclü külək ağacı qaz borusunun üzərinə aşırdı: Avtomobil zədələndi - (Video)
-
Naxçıvanda ağır qəza - Xəsarət alan var
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq





