Dünya

Pakistan İrandan iki mühüm şəxsi İslamabada çağırdı

10 Avqust 2026 17:05
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın xarici işlər naziri Abbas Arakçı və parlament sədri Məhəmməd Bağır Qalibaf Pakistan tərəfindən danışıqlar aparmaq üçün İslamabada dəvət olunub.

Milli.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb.

Onun sözlərinə görə, Arakçı və Qalibaf uyğun vaxtda Pakistana səfər edəcəklər.

"Qarşılıqlı səfərlər və mübadilələr iki qonşu ölkə arasında artan əlaqələrin təbii hissəsidir", - deyə İ.Bəqai bildirib.

Qeyd edək ki, Pakistan daha əvvəl İranla ABŞ arasında gərginliyin azaldılmasında vasitəçi kimi çıxış edib. İslamabad aprel ayında atəşkəsin, iyunda isə çərçivə sazişinin əldə olunmasına kömək göstərib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.