Hadisə

57 yaşlı azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü

10 Avqust 2026 16:23
Baxış: 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbulda 57 yaşlı Azərbaycan vətəndaşı evində ölü tapılıb.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Lətifə İbadovanın meyiti polis əməkdaşları tərəfindən aşkarlanıb.

İlkin araşdırma zamanı qadının bədənində kəsici alətlə yetirilmiş xəsarət izləri müəyyən edilməyib. Hadisə yerində narkotik vasitə də aşkarlanıb.

Lətifə İbadovanın meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya, İstanbul Ədli Tibb Qurumu morquna göndərilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.