Hadisə

Azərbaycana geomaqnit qasırğası gəlir - Tarixlər açıqlandı

10 Avqust 2026 17:24
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Milli.Az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib. Günəşin səthində 4 ləkə qrupunda 41 ləkə və tac dəlikləri müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti saniyədə 464 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 404 kilometrdir.

Avqustun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.

Gözlənilən tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə avqustun 11-12-də zəif geomaqnit qasırğası (G1) gözlənilir. Əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.