Hadisə

Tanınmış azərbaycanlı bloqerlə xanımı yenidən qəzaya düşdü - (Video)

10 Avqust 2026 17:37
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə "Vahid Hasano" adı ilə tanınan bloqer Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova avtomobil qəzası keçirib.

Milli.Az xəbər verir ki, hadisənin görüntülərini bloqerin özü lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Kadrlardan avtomobilin idarəetməsini itirərək aşdığı görünür. Qəza zamanı ciddi xəsarət olmayıb.

Qeyd edək ki, Vahid Həsənov və Həsti Həsənova bir müddət əvvəl istirahət məqsədilə getdikləri Taylandda da avtomobil qəzası keçirmişdilər.

Cütlüyün bu dəfəki qəzasından yayılan görüntülər də sosial şəbəkələrdə diqqət çəkib və izləyicilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.