“Xbet” və “MostBet”lə bağlı əməliyyat: Saxlanılanlar var -
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Milli.Az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "Xbet" və "MostBet" platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub. Həmin şəxslər "Telegram" platformasında yaratdıqları "AzeCash" səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri - Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib.
İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri "Xbet" və "MostBet" platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək sosial şəbəkələrdə və internet platformalarında təklif olunan "Xbet", "MostBet" və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Nəzərə alınmalıdır ki, bu cür oyunların qanunsuz təşkili, idarə olunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik"
-
Müəllimlərin diqqətinə: MİQ-də vakansiya seçimi başlayır
-
Bakının bu ərazisində sakinlər üçün həyat çətinləşib - Yol, su və işıq problemi
-
“Xbet” və “MostBet”lə bağlı əməliyyat: Saxlanılanlar var -
-
Bakıda 9 avtobusun marşrutu dəyişdirildi - Səbəb
-
Qubada 6 kəndi birləşdirən yol bağlandı
XƏBƏR LENTİ
-
Kolumbiya 7.4 ballıq zəlzələ - Sunami xəbərdarlığı verildi (Foto/Video)
-
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik"
-
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
-
Müəllimlərin diqqətinə: MİQ-də vakansiya seçimi başlayır
-
Bakının bu ərazisində sakinlər üçün həyat çətinləşib - Yol, su və işıq problemi
-
Tanınmış azərbaycanlı bloqerlə xanımı yenidən qəzaya düşdü - (Video)
-
“Xbet” və “MostBet”lə bağlı əməliyyat: Saxlanılanlar var -
-
Azərbaycana geomaqnit qasırğası gəlir - Tarixlər açıqlandı
-
Bakıda 9 avtobusun marşrutu dəyişdirildi - Səbəb
-
Pakistan İrandan iki mühüm şəxsi İslamabada çağırdı
-
Qubada 6 kəndi birləşdirən yol bağlandı
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Azər Axşamın ölüm xəbəri yayıldı - (Video)
-
Xətaidə liftlər niyə işləmir?
-
57 yaşlı azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
-
Lökbatanda dənizdə 2 qadın boğularaq öldü
-
Velosipedçinin həyatını təhlükəyə atan avtobus sürücüsü - (Video)
-
Mourinyonun "Real"da sərt qaydaları
-
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
-
Moldova Rusiyadakı səfirini geri çağırdı
-
Maaşlar 7 faiz artdı
-
Yasamalda açıq sahədə yanğın başladı
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?





