“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasında təhsil sahəsində ilk internet televiziya platforması olan "Təhsil TV" yeni rəsmi saytını istifadəyə verib. tehsil.tv ünvanında fəaliyyət göstərən platforma təhsil sahəsində baş verən yeniliklərin, xəbərlərin, video materialların, verilişlərin və canlı yayımların vahid rəqəmsal məkanda təqdim olunmasına imkan yaradır.
Yeni platformanın əsas məqsədi təhsil sahəsində baş verən prosesləri daha operativ və əlçatan formada ictimaiyyətə çatdırmaq, şagird, tələbə, müəllim və valideynlərin keyfiyyətli təhsil məzmununa çıxış imkanlarını genişləndirməkdir.
İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya daxil olaraq təhsil xəbərlərini oxuya, video materiallara və verilişlərə baxa, həmçinin canlı yayımları izləyə bilərlər. "YouTube" inteqrasiyası vasitəsilə təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramlar da real vaxt rejimində təqdim olunur.
Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et və Canlı yayım. Bu bölmələr vasitəsilə istifadəçilərə müxtəlif formatlarda təhsil məzmununa daha rahat çıxış imkanı yaradılır.
"Təhsil TV"nin yeni rəqəmsal platforması yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin geniş ictimaiyyətə çatdırılması üçün vahid media resursu kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin yayım kanalı olan "Təhsil TV" 2015-ci ildən fəaliyyət göstərir. 2021-ci ildə Təhsil İnstitutunun təsisçiliyi ilə MMC olaraq dövlət qeydiyyatına alınan televiziyaya Audiovizual Şuranın 20 dekabr 2022-ci il tarixli qərarı ilə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
Bu gün "Təhsil TV" təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin ictimaiyyətə operativ, obyektiv və əlçatan şəkildə çatdırılmasına xidmət edən müasir media platforması kimi fəaliyyət göstərir. "Təhsil TV" sosial media platformalarında da geniş auditoriyaya malikdir. "Facebook" səhifəsində 100 mindən, "Instagram" hesabında 58 mindən, "YouTube" kanalında 42 mindən, "TikTok" hesabında 40 mindən, "LinkedIn" səhifəsində isə 13 mindən çox izləyici var. "WhatsApp" və "Telegram" kanallarının hər birində 3 mindən çox istifadəçi yer alır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Moldova Rusiyadakı səfirini geri çağırdı
-
Maaşlar 7 faiz artdı
-
Yasamalda açıq sahədə yanğın başladı
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
"Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)
-
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
-
Masazırda mənzil alan vətəndaş 3 ildir çıxarış gözləyir
-
Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə işinin nəticəsini paylaşdı - (Foto)
-
“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir
-
18 avtomobil hərraca çıxarılır
-
İşə getmədən əməkhaqqı almaq mümkündür - Bu hallarda
-
Müğənni Nəfəsin səhhətində problem yarandı: "Ağrıdan ölürəm" - (Video)
-
Qara dənizdə hərəkət bərpa edildi - Türkiyədən yeni qərar
-
Rihanna Türkiyədə məhkəməni qazandı
-
Astarada qaz kəsiləcək
-
Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
-
Qarpızın bahalaşmasının əsl səbəbi nədir?
-
“Araz-Naxçıvan” “Neftçi”nin futbolçusunu heyətinə qatdı
-
Azərbaycan nefti bahalaşdı
-
“Əl-Nəsr”dən daha bir portuqaliyalı transferi
-
Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)
-
Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib
-
Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edilib
-
İngiltərə klubu Endrik uğrunda “Roma”ya rəqib oldu





