Cəmiyyət

"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik"

10 Avqust 2026 18:24
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

Milli.Az-ın məlumatına görə, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova Eminin ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. N.İbrahimova bildirib ki, Eminin bir müddət əvvəl ağır yol qəzası keçirməsi onun səhhətinə ciddi təsir edib.

Onun sözlərinə görə, qəza zamanı Eminin avtomobili ciddi şəkildə əzilib və o, ağır xəsarətlər alıb:

"Yazmamışam ki, Emin stresdən tromboemboliya olub. Emin ağır yol qəzası keçirmişdi, bədəni çox bərk əzilmişdi, hər yeri gömgöy idi. Tromboemboliya qəzadan sonra yaranıb. Yəni söhbət sadəcə stresdən və qorxudan getmir, qəzanın özü və aldığı ağır xəsarətlərdən sonra yaranıb".

O, qeyd edib ki, qəza təxminən üç ay əvvəl baş verib. N.İbrahimovanın sözlərinə görə, avtomobil sürməyi öyrənən bir qadın təlimçisi ilə birlikdə əsas yola çıxıb və həmin vaxt qəfil Eminin qarşısına çıxaraq onun avtomobilinin aşmasına səbəb olub:
"Eminin maşını demək olar ki, konserva kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik - Eminin o maşından sağ çıxmasına. Amma sən demə, o qəza onun həyatını üç ay sonra əlindən alacaqmış. Maşın sürə bilmirsinizsə, xahiş edirəm, sürməyin. Camaatın həyatını təhlükəyə atmayın, bir ailənin ocağını söndürməyin".

Qəza törədən qadına səslənən Nərmin "Bu qadının bizə yaşatdığı bu böyük acıya, iki balanı atasız, cavan bir qadını isə ərsiz qoyduğuna görə nə bu dünyada, nə də o biri dünyada haqqımızı halal etmirik" sözlərini əlavə edib.

N.İbrahimova bildirib ki, həkimlərin son diaqnozu tromboemboliya olub. Onun sözlərinə görə, Emin qəfil dünyasını dəyişib, ürəyi və ciyərləri dayanıb.

Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M. Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.