İdman

"Sabah"ın çempion olması məndə suallar yaratmışdı - Poulsen

10 Avqust 2026 20:09
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Orhus" "Sabah" la cavab matçında UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək üçün yaxşı oyun sərgiləmək istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Orhus"un baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

"Ümid edək ki sabah yaxşı oyun sərgiləyəcəyik. Uzun yol qət etmişik. Həftəsonu oyun keçirməmişik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Çempionlar Liqasının pley-off mərhələsinə adlamaq üçün oynayacağıq. Heyətdə zədəli futbolçular var idi. Artıq sağalıblar, oynayacaqlar. Sabah üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir, amma bu şərtlər altında oynamağa məcburuq.

İlk oyun çox maraqlı oldu. Sevinirəm ki, qələbə qazandıq. Sabah ötən mövsüm böyük fərqlə çempion olmuşdu. Bu, məndə bəzi suallar yaratmışdı", - Poulsen söyləyib.

Qeyd edək ki, "Sabah" - "Orhus" matçı avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək. İlk matçda Danimarka təmsilçisi 2-1 hesabı ilə qalib gəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.