İdman

"PSJ" mövsümü məğlubiyyətlə başa vurdu

18 May 2026 09:30
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa Liqa 1-in 34-cü turunda "PSJ" səfərdə "Pari"yə 1:2 hesabı ilə uduzub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, görüşdə hesabı 50-ci dəqiqədə qonaqların hücumçusu Bredli Barkola açıb.

Meydan sahibləri isə ikinci hissənin sonlarında geri dönüş etməyi bacarıblar. 76-cı dəqiqədə Alimani Qori hesabı bərabərləşdirib. Həmin futbolçu 90+4-cü dəqiqədə yenidən fərqlənərək komandasına qələbə qazandırıb.

"PSJ" üçün matçın xoşagəlməz məqamlarından biri Usman Dembeleinin zədələnməsi olub. Fransalı hücumçu 27-ci dəqiqədə meydanı tərk edib və onun əvəzinə Qonsalu Ramuş oyuna daxil olub.

Qeyd edək ki, "PSJ" çempionluğu hələ ötən turda rəsmiləşdirmişdi. "Pari" ilə görüşdən əvvəl Paris təmsilçisinə qızıl medallar və çempionluq kuboku təqdim olunub.

PSJ mövsümü 76 xalla başa vurub. "Pari" isə 44 xalla Liqa 1-də 11-ci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.