İdman

Merih Demiral çempionluğu Azərbaycan mahnısı ilə qeyd etdi

18 May 2026 09:05
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi "Əl-Əhli" Asiya Çempionlar Liqasının qalibi olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı təmsilçisi tarixi uğurunu möhtəşəm şəkildə qeyd edib.

Çempionluq mərasimində ən çox diqqət çəkən məqamlardan biri isə Merih Demiralın meydana çıxışı olub. Türkiyəli müdafiəçi azarkeşlərin qarşısına məşhur "Çırpınırdı Qara dəniz" mahnısının sədaları altında çıxıb.

Futbolçunun bu seçimi azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, "Çırpınırdı Qara dəniz" mahnısının sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyliyə məxsusdur. Mahnı müxtəlif ifaçılar tərəfindən səsləndirilsə də, Türkiyədə xüsusilə Azərbaycanın Xalq artisti Azərinin ifasında məşhurlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.