Bu məhsullar diqqəti zəiflədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstraliyanın alimləri müəyyən ediblər ki, hətta ultraemal olunmuş qidaların orta səviyyədə qəbulu belə diqqətin zəifləməsi və informasiyanın emal sürətinin azalması ilə əlaqəlidir.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia: Diagnosis Assessment & Disease Monitoring" jurnalında dərc olunub.
Araşdırmada demensiya əlamətləri olmayan 2100-dən çox Avstraliya sakini iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini diqqət və düşünmə sürətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər. Nəticələr göstərib ki, rasionda ultraemal olunmuş qidaların payı artdıqca diqqət göstəriciləri də pisləşir.
Ultraemal olunmuş qidalara tərkibində müxtəlif əlavələr - dadlandırıcılar, stabilizatorlar, dad gücləndiricilər və digər texnoloji komponentlər olan sənaye üsulu ilə dərin emaldan keçmiş məhsullar daxildir. Bunlara qazlı şirin içkilər, çipslər, fastfud və hazır yeməklər aiddir.
Tədqiqat müəlliflərinin qiymətləndirməsinə görə, gündəlik rasionda bu cür qidaların payının cəmi 10% artması (təxminən bir paket çipsə bərabər) artıq diqqətin azalması ilə əlaqələndirilir. Üstəlik, bu təsir ümumi qidalanmanın keyfiyyətindən asılı olmayaraq müşahidə olunub. Yəni nisbətən sağlam qidalanan insanlarda belə ultraemal olunmuş qidaların yüksək payı mənfi təsir göstərir.
Alimlər qeyd edirlər ki, bu əlaqə yalnız faydalı qidaların çatışmazlığı ilə izah olunmur. Ehtimal olunur ki, əsas rol qidanın emal səviyyəsinə məxsusdur. Bu proses məhsulun strukturunu dəyişir və beyin fəaliyyəti üçün potensial zərərli maddələrin yaranmasına səbəb ola bilər.
Araşdırmada yaddaşın pisləşməsi ilə bağlı əlaqə aşkarlanmayıb. Bununla belə, alimlər vurğulayırlar ki, diqqət öyrənmə, qərarvermə və gündəlik fəaliyyət üçün əsas koqnitiv funksiyalardan biri hesab olunur. /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər





