Maraqlı

Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var

18 May 2026 05:05
Baxış: 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pişiklər birbaşa müalicə etmir, lakin onların insanın yanında olması psixoterapevtik təsir göstərərək ağrının azalmasına kömək edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə veterinar həkim Yelena Frolenko bildirib.

Onun sözlərinə görə, 22-44 Hz aralığında olan vibrasiyalar ağrının yüngülləşməsinə müsbət təsir göstərə bilər. Mütəxəssis qeyd edib ki, pişiklər çox vaxt bədənin ağrıyan hissəsinə uzanır, çünki həmin nahiyələrdə temperatur daha yüksək olur.

Frolenko əlavə edib ki, burada özünütəlqin amili də rol oynaya bilər: insan ev heyvanının onu "müalicə etdiyinə" inanırsa, bu, sağalma prosesinə müsbət təsir göstərə bilər.

Bundan başqa, pişiklərin "süd addımı" adlanan hərəkəti - yəni sahibini pəncələri ilə yüngülcə tapdalaması da insan üçün terapevtik masaj effekti yarada bilər. /Musavat.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.