Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli NƏTİCƏLƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Tatyana Qolovçanskaya "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
Həkim qeyd edib ki, qeyri-steroid iltihabəleyhinə dərmanlarla uzunmüddətli özünümüalicə mədə xorası kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Bu hal miqren, diş ağrısı və ya xroniki ağrılar üçün müntəzəm olaraq ağrıkəsici (əsasən ibuprofen) qəbul edən insanlarda müşahidə olunur.
"İlk baxışdan burada narahatedici bir şey yoxdur: bir həb qəbul edirsiniz və ağrı keçir. Lakin tədricən dərman qəbulu vərdişə çevrilə bilər və insan müntəzəm olaraq özünü ağrıkəsicilərlə "dəstəkləməyə" başlayır", - deyə Tatyana Qolovçanskaya bildirib.
Zamanla orqanizm bu yüklənməyə reaksiya verir və nəticələr mədə xorasından tutmuş, mədə-bağırsaq qanaxmalarına qədər ağırlaşa bilər. Problem dərmanın özündə deyil, ondan düzgün istifadə edilməməsindədir.
"Hər bir dərmanın göstəriş və əks göstərişləri ilə yanaşı, ciddi dozalanma rejimi də var ki, buna riayət etmək vacibdir. Həmçinin yadda saxlamaq lazımdır ki, ibuprofen və parasetamol geniş yayılmış yanlış inancın əksinə olaraq, o qədər də zərərsiz deyil", - deyə qastroenteroloq vurğulayıb.
Onun sözlərinə görə, nəzarətsiz qəbul edildikdə bu dərmanlar qaraciyərə toksik təsir göstərə bilər. Buna görə də ağrıkəsicilərin qəbuluna məsuliyyətlə yanaşmaq, qəbul edilən dərmanın növünə, dozasına və tezliyinə diqqət yetirmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir





