Anar Quliyev: WUF13 Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal şəhərsalma ictimaiyyəti üçün mühüm gündür. Növbəti günlərdə Bakı hökumətlərin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların görüş məkanına çevriləcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
Anar Quliyev bildirib ki, bütün iştirakçıları birləşdirən əsas məqsəd hamı üçün daha yaxşı şəhər gələcəyinin formalaşdırılmasıdır.
Komitə sədri qeyd edib ki, Azərbaycanın WUF13-ə aparan yolu uzun illər əvvəl başlayıb. Onun sözlərinə görə, 2021-ci ildən etibarən ölkədə milli şəhərsalma forumları təşkil olunur və bu platformalar dayanıqlı şəhər inkişafı ilə bağlı geniş ictimai dialoqun formalaşmasına xidmət edir.
"Bu forumlar müxtəlif maraqlı tərəfləri bir araya gətirərək yaşayış məntəqələrimizin gələcəyini müzakirə etməyə imkan yaradıb. Eyni zamanda, milli koordinasiyanın gücləndirilməsi, prioritetlərin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi və siyasətlərimizin Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması baxımından mühüm rol oynayıb", - deyə komitə sədri vurğulayıb.
Komitə sədri əlavə edib ki, milli şəhərsalma forumları inklüziv şəhər dialoqu mədəniyyətinin formalaşmasına da töhfə verib və müxtəlif sektorların daha yaxşı şəhərlərin qurulmasına töhfəsini təmin edib.
Anar Quliyev bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın son illərdə beynəlxalq səviyyədə apardığı dialoq və əməkdaşlığın məntiqi davamıdır.
"Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyətin və UN-Habitat-ın Azərbaycana göstərdiyi etimadın ifadəsidir. Bu forumun reallaşmasına imkan yaradan tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk", - deyə o qeyd edib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan üçün WUF13 sadəcə beynəlxalq tədbir deyil, həm də ölkənin milli prioritetlərinin və gələcəyə baxışının əksidir.
Onun sözlərinə görə, ölkədə şəhərlərin modernləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, ictimai xidmətlərin yaxşılaşdırılması, əlçatan mənzil təminatı, iqlim dayanıqlılığının artırılması və daha "ağıllı", inklüziv icmaların qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış aktyor əlil arabasında GÖRÜNTÜLƏNDİ - VİDEO
-
WUF13: "Urban Expo" sərgisi rəsmən fəaliyyətə başladı
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Şəhərsalma Forumu Azərbaycana hansı üstünlükləri qazandıracaq?
-
“Maşın Şou” qayıdır - FOTO
-
"May ayında Bakıda bu qədər yağıntı görməmişdim"
XƏBƏR LENTİ
-
Azərbaycanlı tanınmış aktyor əlil arabasında GÖRÜNTÜLƏNDİ - VİDEO
-
WUF13: "Urban Expo" sərgisi rəsmən fəaliyyətə başladı
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Hikmət Hacıyevdən WUF13 ilə bağlı PAYLAŞIM - VİDEO
-
Şəhərsalma Forumu Azərbaycana hansı üstünlükləri qazandıracaq?
-
“Maşın Şou” qayıdır - FOTO
-
"May ayında Bakıda bu qədər yağıntı görməmişdim"
-
“Ulduzlara doğru” özəl bağçada nə baş verir? - BŞTİ-dən AÇIQLAMA
-
Oğlunun görüntülərini PAYLAŞDI - VİDEO
-
ABŞ-nin dövlət borcu 450 milyard dollar artıb
-
Çində güclü zəlzələ: Ölənlər və dağıntılar var
-
Anar Quliyev: WUF13 Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirir
-
Bakıda investisiya üçün ən sərfəli mənzillər hansılardır? - ARAŞDIRMA
-
“Barselona” Levandovskinin yerinə hücumçu TAPDI: Ukraynada
-
Moskva seçkilər ərəfəsində niyə Ermənistana Ukraynanı xatırlatdı?
-
Əməkdar artist görünüşünü DƏYİŞDİRDİ - VİDEO
-
"PSJ" mövsümü məğlubiyyətlə başa vurdu
-
Əməkdar artist efirdə hönkürüb AĞLADI - VİDEO
-
Merih Demiral çempionluğu Azərbaycan mahnısı ilə qeyd etdi
-
Atmağa heyfi gəldi: Hobbi olaraq başladı, sifarişlərin ardı-arası kəsilmir - FOTO
-
Bürcünə görə hansı peşəni seçməlisən? Astrologiyada yeni trend
-
İsveç Keki – Kladdkaka
-
Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli NƏTİCƏLƏRİ
-
Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var





