"May ayında Bakıda bu qədər yağıntı görməmişdim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqlim dəyişikliklərinə uyğunlaşma və postmünaqişə bərpa prosesləri müasir şəhərsalmanın ən vacib çağırışlarındandır.
Milli.Az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən forumun ikinci günü çərçivəsində rəsmi açılış mətbuat konfransında deyib.
O bildirib ki, hazırda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə son 10 ildə Yeni Şəhər Gündəliyinin icrası qiymətləndirilir və növbəti 10 il üçün yeni urban iqlim gündəliyinin formalaşdırılması müzakirə olunur.
Anar Quliyev qeyd edib ki, forumun ilk iki günündə müşahidə edilən güclü yağıntılar da iqlim dəyişikliklərinin real təsirlərini nümayiş etdirir.
"Bu, iqlim dəyişikliklərinin nəticəsidir. May ayında Bakıda bu qədər yağıntı görməmişdim. Bu, artıq yeni reallıqdır", - deyə o bildirib.
Komitə sədri vurğulayıb ki, bu kimi qlobal problemlər qarşısında şəhərlərin adaptasiya qabiliyyətinin artırılması vacibdir.
O, həmçinin Azərbaycanda postmünaqişə bərpa və "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən şəhərsalma layihələrinə də toxunub.
Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təmizlənməsi, kompleks planlaşdırma və genişmiqyaslı bərpa işləri paralel şəkildə aparılır və 12 şəhər, yüzlərlə kənd üzrə yenidənqurma həyata keçirilir.
Onun sözlərinə görə, bu proses təkcə binaların tikintisi deyil, eyni zamanda yeni həyat keyfiyyətinin formalaşdırılmasıdır.
O əlavə edib ki, bu ərazilərdə müasir idarəetmə modeli və institusional islahatlar tətbiq olunur və hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır.
Komitə sədri qeyd edib ki, bu təcrübə beynəlxalq tərəfdaşlar üçün də maraq doğurur və müxtəlif ölkələrlə bu sahədə müzakirələr aparılır.
Anar Quliyev sonda vurğulayıb ki, dünyada münaqişədən təsirlənmiş ərazilərin sayı artdığından, həmin bölgələrə həyatın qaytarılması və bərpa proseslərinin effektiv təşkili xüsusi əhəmiyyət daşıyır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
-
Sabah Astarada qaz olmayacaq
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)





