İdman

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib - FOTO

25 Aprel 2026 22:00
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

24 və 25 aprel tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə 10-cu ölkə birinciliyi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a bilidirilib ki,turnirdə "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" Klubunun Sumqayıt bölməsindən ümumilikdə 50-yə yaxın gimnast iştirak edib. İdmançılar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə müxtəlif gimnastika alətlərində öz proqramlarını nümayiş etdirərək bacarıq və hazırlıq səviyyələrini təqdim ediblər.

Yarış ərzində gimnastlar həm texniki icra, həm də artistizm baxımından fərqlənərək tamaşaçılara maraqlı və yaddaqalan çıxışlar nümayiş etdiriblər. Gərgin və rəqabətli mübarizə şəraitində keçirilən birinciliyin sonunda qaliblər və mükafatçılar medal və diplomlarla təltif olunublar.

Yekun nəticələrə əsasən, "Ocaq Sport" Klubu ən yüksək nəticə göstərərək yarışın ən parlaq komandası olub.

Azərbaycan Gimnastika Federasiyası olaraq, bu cür yarışların paytaxtdan kənarda təşkili bizim üçün xüsusi əhəmiyyət daşıyır. Məqsəd, gimnastikanın ölkənin bütün bölgələrində inkişafını təmin etmək, oradakı idmançıların potensialını üzə çıxarmaq və gənc nəsildə bu idman növünə marağı daha da artırmaqdır. Sumqayıtda keçirilən bu birincilik də həmin strategiyanın uğurlu davamı kimi dəyərləndirilir.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.