Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, ilkin məlumata əsasən Şamaxının Acıdərə adlanan ərazisində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Hazırda yolda hərəkət tam bərpa olunub.
Milli.Az





