Şou-biznes

"Mənə belə sual verməyin, anam baxır"

25 Aprel 2026 23:30
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni İlqar Xəyal dəvət aldığı verilişlərə şərt qoyub. 

Milli.Az xəbər verir ki, ifaçı bu haqda "Gün ortası" verilişində danışıb. O, bildirib ki, aparıcılardan ona qalmaqallı suallar verilməsinə qadağa qoyub.

"Bu yaxınlarda eşitdim ki, verilişə gələndə müğənnidən xahiş edirlər ki, kiməsə söz atsın. Qarşı tərəf ona cavab versin və o da küsüb efiri tərk etsin. Bu da söz-söhbətə səbəb olsun, reytinq yüksəlsin. Mən isə verilişə gələndə xahiş edirəm ki, belə suallar verməyin. Mənə evdə anam, ailəm, uşaqlarım, xalq baxır. Bizim dünya görüşümüzə, əqidəmizə, ruhumuza yaraşmır. Bəzi konsertlərdə səhnələr qurulur. Bunlar normaldır". (Axşam.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.