Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:
"Günün şorbası" əslində "Dünün şorbası" ola bilər
Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısını almaq üçün hazırlanır. Ötən gündən qalan tərəvəzlər və ət qalıqları bu şorbada "yenidən doğulur". Xüsusilə axşam saatlarında sifariş edilən şorbalar bütün gün ocaqda qaynadığı üçün qida dəyərini tamamilə itirir.
Pulsuz verilən əzmələr və souslar
Masaya oturan kimi gətirilən iştahaçıcı ikramlara qarşı diqqətli olun. Bəzi iddialara görə, toxunulmamış kimi görünən souslar mətbəxə qayıtdıqdan sonra yeni müştərilər üçün təkrar istifadə edilə bilir. Ortaya gələn açıq ikramların hijyenindən əmin deyilsinizsə, onlardan uzaq durun.
Qarışıq qızartmaların yağı
Burada əsas problem tərəvəzlərin təzəliyi deyil, onların qızardıldığı yağın neçə dəfə istifadə olunmasıdır. Dəfələrlə qızan və soyuyan yağlar xərçəng riski də daxil olmaqla ciddi sağlamlıq təhdididir. Əgər qızartmanın rəngi həddindən artıq tünddürsə, bu, yağın çox köhnə olduğunun əlamətidir.
Masadakı açıq ketçup və mayonezlər
Restoranlar xərcləri azaltmaq üçün az qalan şüşələri bir-birinə boşaldaraq tamamlayırlar. Bu isə aylarla şüşənin dibində qalan bayat sousun təzə ilə qarışaraq bakteriya yuvasına çevrilməsinə səbəb olur. Qapağı qurumuş və yapışqan olan şüşələrdən istifadə etməyin.
Az bişmiş (Medium-Rare) burger
Antrikot və ya bonfile ətini az bişmiş yemək seçim ola bilər, lakin qiymə ətdə (hamburgerdə) vəziyyət fərqlidir. Ət qiymə halına salınarkən hər tərəfi xarici mühitlə təmasda olur. Əgər burgerin daxili hissəsi tam bişməzsə, zərərli bakteriyalar məhv olmur. Sağlamlığınız üçün hamburgerinizi həmişə "orta-yaxşı" (medium-well) bişmiş istəyin.
Qarnir tələsi
Əsas yeməyin yanında gələn püre və ya plov adətən böyük qazanlarda hazırlanır və bütün gün gözlədilir. Bu əlavələr çox vaxt yeməyin ən bayat hissəsidir. Onların əvəzinə təzə salat və ya o an hazırlanan əlavə məhsul tələb etmək daha təhlükəsizdir.
Getdiyiniz məkanda kəskin ədviyyat qoxusu hiss edirsinizsə, ehtiyatlı olun. Çox vaxt ədviyyatlardan məhsulların bayatlığını gizlətmək üçün istifadə edilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
Tovuzda hamilə qadın bıçaqlandı
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...
-
Toraldan atmacalı sözlər
-
Polad Həşimovun anasının son durumu açıqlandı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)





