İran

Pezeşkian əhaliyə çağırış etdi

25 Aprel 2026 21:57
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran Prezidenti Məsud Pezeşkian ölkədə enerji istehlakının azaldılması üçün əhaliyə çağırış edib.

Milli.Az xəbər verir ki, Pezeşkian bunu Tehran şəhərində İdman və Gənclər Nazirliyinə səfəri zamanı jurnalistlərə açıqlamasında səsləndirib.

"Cəbhə xəttində olan əziz xalqımızdan sadə xahişimiz var: elektrik istehlakını azaldın. Evdə on lampanı yandırmaq əvəzinə, ikisini yandırın. Bunun nə problemi var?", - deyə o, bildirib.

Prezident həmçinin ABŞ-ni İrana qarşı təzyiq və "mühasirə" siyasəti aparmaqda ittiham edib.

Onun sözlərinə görə, bu cəhdlər ölkə daxilində narazılıq yaratmağa yönəlib və əhali buna imkan verməməlidir.

Müraciət ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının İslam Respublikasının iqtisadi dəhlizlərinə və enerji sisteminə təzyiq göstərdiyi bir vaxtda gündəmə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.