İdman

"Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

25 Aprel 2026 20:55
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Milli.Az xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Tura aprelin 27-də yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.