Dünya

Trampın varisi kim olacaq?

25 Aprel 2026 17:48
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Trampın ən yaxın müttəfiqlərindən bəziləri Dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkisində real namizəd kimi nəzərdən keçirirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilir ki, Rubionun mövqeyi Venesuelanın sabiq prezidenti Nikolas Maduronu devirmə prosesindəki fəaliyyəti və Trampa sarsılmaz sədaqəti ilə gücləndi. ABŞ Administrasiyasına yaxın mənbələr Dövlət Katibini Trampın varisi kimi məqbul seçim adlandırıblar.

Bundan əvvəl ABŞ-li jurnalist Taker Karlson vitse-prezident Ceyms Devid Vensi Respublikaçılar koalisiyasının başında Donald Trampın mümkün varisi kimi göstərmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.