Dünya

ABŞ 30 milyonluq malikanəni müsadirə edir

25 Aprel 2026 21:30
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Ədliyyə Nazirliyi Kürdüstan Regional Hökumətinin (KRH) üzvü və "Peşmərgə" xüsusi təyinatlı qüvvələrinin komandiri Mansur Bərzaniyə məxsus olduğu deyilən Beverli Hillsdə yerləşən təxminən 30 milyon dollarlıq lüks malikanənin müsadirəsi üçün məhkəməyə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rəsmilər əmlakın rüşvət və fırıldaqçılıq yolu ilə əldə olunduğunu bildirir.

İddialara görə, Mansur Bərzani ABŞ Müdafiə Nazirliyi ilə işləyən Virciniya ştatında yerləşən bir müdafiə şirkətindən rüşvət alıb. Bildirilir ki, şirkət Ərbil Beynəlxalq Hava Limanında təyyarə yanacağı təchizatı üzrə 700 milyon dollarlıq müqaviləni itirməmək üçün hər litr üçün 0,25 dollar ödəyib.

İstintaq materiallarına əsasən, bu sxem vasitəsilə yüz milyonlarla dollar qanunsuz gəlir əldə olunub. Rəsmilər həmin vəsaitin bir hissəsinin Bərzaniyə bağlı fonda köçürüldüyünü və sözügedən malikanənin də bu fond vasitəsilə alındığını qeyd edirlər.

Məlumata görə, malikanə 2018-ci ildə təxminən 20 milyon dollara alınıb, daha sonra isə təmir işlərinə əlavə olaraq 10 milyon dollar xərclənib. Hazırda əmlakın bazar dəyərinin təxminən 28,5 milyon dollar olduğu bildirilir. Malikanənin ümumi sahəsi 930 kvadratmetrdir və burada dörd yataq otağı, səkkiz vanna otağı mövcuddur.

ABŞ Ədliyyə Nazirliyi əmlakın cinayət yolu ilə əldə olunduğu sübuta yetiriləcəyi təqdirdə onun müsadirəsini tələb edir. İş üzrə yekun qərar federal məhkəmə tərəfindən veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.