İran

Qalibaf istefa etməyibmiş

24 Aprel 2026 22:12
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran İslam Şurası Məclisinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi Məhəmməd Baqir Qalibafın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az xəbər verir ki, qurumun yaydığı açıqlamada bildirilib ki, Qalibaf heç bir vəzifəsindən istefa verməyib.

Açıqlamada qeyd olunub ki, yeni danışıqlar mərhələsi müəyyən edilməyib ki, həmin prosesdə onun və ya başqa bir şəxsin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi müzakirə olunsun. Bildirilib ki, yayılan şayiələr ictimai rəyi çaşdırmağa yönəlib və Qalibaf hazırda fəaliyyətini ciddi şəkildə davam etdirir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında Qalibafın istefa verəcəyi ilə bağlı iddialar yayılmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.