Cəmiyyət

"Ailəsini dolandırmaq üçün çalışırdı..." – Biləsuvarda gənc oğlanın faciəli ölümü

24 Aprel 2026 22:42
Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Biləsuvar rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayonun Melioratorlar qəsəbəsində baş verib. Məlumata görə, 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Yaxınları və qonşuları gəncin qəfil ölümündən sarsıldıqlarını bildiriblər.

"İslam çox mehriban, qayğıkeş və zəhmətkeş bir gənc idi. Atası dünyasını dəyişmişdi, anası isə çox zəhmətkeş qadındır. İslamın dost-tanışı çox idi, ailəsini dolandırmaq üçün çalışırdı. Onun ölümü hamımızı dərindən kədərləndirdi", - mərhumun qonşusu söyləyib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.