Amerika

Tramp İranla danışıqlar üçün onları göndərir

24 Aprel 2026 21:51
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların növbəti mərhələsi üçün xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşneri Pakistana göndərmək qərarı verib.

Milli.Az-ın məlumatına görə, nümayəndə heyəti İslamabadda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Qeyd olunur ki, bu danışıqlar son aylarda davam edən diplomatik təmasların davamıdır və tərəflər mümkün razılaşma üzərində işləyirlər.

Məlumata əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens hazırda danışıqlarda birbaşa iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olacağı halda Pakistana səfər edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.